Mütamadi olaraq 8 saat yata biləcəyiniz şəkildə eyni saatda yatıb, eyni saatda qalxın. Bunu həftənin hər günü, həftə sonları daxil qaçırmadan tətbiq edin. Səhər 9-dan 9-a qədər oyanmağa çalışın.
Gün içində mümkün olduğu qədər yatmayın.
Günortadan sonra 14:00-16: 00 saatlarından sonra kafeinli içkiləri, xüsusilə qəhvəni və dəmli tünd çayı azaldın.
Yatmaqdan əvvəl alkoqol içməyin, siqaret çəkməyin, şəkərli içkilər və yeməklər istifadə etməyin. Ağır və yüksək kalorili, yağlı yeməklər yeməyin.
Yatmaqdan 2 saat əvvəl televizoru, 1 saat əvvəl telefonu, planşeti və kompüteri söndürün.
Həkiminizə məsləhətləşərək, yatmaqdan əvvəl maqnezium həbi və xroniki yuxusuzluq varsa melatonin həbi için.
Gün içində yoga ilə məşğul olmağa və piyada gəzməyə başlayın.
Yatmadan əvvəl ağır və yorucu məşqlərlə məşğul olmayın.
16-20 dərəcə otaq temperaturunda yatın, daha soyuğu fibromiyaljiya, daha istisi miqrenə faydalı olmaz.
Yatmazdan əvvəl ilıq bir duş və ya vanna yuxuya getmənizi asanlaşdırır.
Yata bilməsəniz nəfəsinizə fokuslanın. Çox yavaş və dərin bir şəkildə 5 saniyədə qarnınızla nəfəs alıb, 5 saniyədə ağızdan boşaldaraq nəfəs verin. Müddəti artıra bilsəniz, nəfəs alıb vermək arasına boşluq qoya bilərsiniz. Diqqətiniz dağılsa fikir verin, təkrar nəfəsinizə fokuslanın.
Səhər oyanmaq üçün sakit siqnal səslərini seçin. Elektrik vurmuş kimi oyanmayın.
Əgər səhər baş ağrısı ilə oyanırsınızsa sizə yatarkən baxa bilən birisi varsa xoruldayıb xoruldamadığız və dişlərinizi gıcırdatıp gıcırdatmadığınızı soruşun.
Xoruldama ilə birlikdə nəfəs alıb vermələrdə dayanma olursa yuxu apne sindromunun qiymətləndirilməsi üçün yuxu xəstəlikləri mütəxəssisinə müraciət edin.
Diş gıcırdatmasından çikayətiniz varsa diş həkiminə müraciət edin və ya bir nevrologiya mütəxəssisinə müraciət edərək çeynəmə əzələlərinizə Botoks inyeksiyası vurdurun.
Yastıq və yataq
Yastığınız sizin üçün uyğun deyilsə (böyüklük və yumşaqlıq olaraq) boyun əzələlərinizi gərginlətərək səhər ağrı ilə oyanmanıza səbəb ola bilər.
Yastığınız allergiya üçün səbəb olacaq materiallardan istehsal edilibsə və ya köhnəlik səbəbiylə içində ev tozu mikrobları yaranıbsa səhər burun tutulması və baş ağrısı ilə oyana bilərsiniz. Yastığınızı dəyişdirin. Təmiz yastıq üzü və çarşaf ilə yatmaq daha asandır və sağlamlıq üçün faydalıdır. Otel otağlarını xatırlayın. Həftədə 1-2 dəfə yastıq üzünü, ayda 3-4 dəfə çarşafınızı dəyişdirin
Yatağınız çox yumşaq olmasın, içinə basılmayınız. Səhər bel ağrısı ilə oyanırsınızsa yatağınızı dəyişdirin.
Yatdığınız otaqda çox əşya varsa və toz yığılırsa, kiçik bir bahar təmizliyi ilə artıq əşyalardan azad olun.
Otağınızda elektromaqnit sahəsini meydana gətirən cihaz saxlamayın, bütün cihazları ştepsellərdən çıxarın, telefonunuzu yanınızda saxlamayın.
Televizorunuzu otaqdan çıxarın.
Otağınıza mümkünsə gecə yatarkən işıq düşməsin.
İnsanoğlu çox uzun illər təbiəti dinləyərək yuxuya getdiyi üçün dərin səssizlik yuxuya getməyi çətinləşdirə bilər. Tətbiqlərdəki təbiət səsləri ilə yatmaq (əgər şəhərdə və ətraf çirkliliyi olan bir yerdə yaşayırsınızsa) yuxuya getmənizi asanlaşdıra bilər.
Yuxuya getmədən öncə bel ağrısı və ya bədən ağrısı çəkirsinizsə bərpa edici istirahət etmə pozisiyasında yata bilərsiniz:
Kürək üstü yatın, başınızın altında incə bir ədyal olsun, və ya heç bir şey olmasın. Ayaq dabanlarınızı ombalarınızın qarşısında yatağa qoyun, bir az irəliyə sürüşdürün, baldırlar və üst qıçlar bərabərtərəfli üçbucaq olsun. Əllərinizi ya yana açın, ya da yanınıza buraxın. Bu vəziyyətdə 5-10 dəqiqə qalın və bütün əzələlərinizi və vücudunuzu ağırlaşdırın.
Qıçlarınızda ağrı hiss edirsinizsə qıçlarınızı ya havaya ya da divara 90 dərəcə qaldırın, 5 dəqiqə durun.