NEUROLOGİYA MÜTƏXƏSSİS

DR. BANU TAŞCI FRESKO

Uzman Dr. Banu Taşcı Fresko, nevrologiya, elektronevrofizioloji, nevromonitorlaşma, yoga və yoga müalicə mütəxəssisidir. Beynini Doğru qidalandır (beynini Doğru Besle) və Artıq Ağrımasın (Artık ağrımasın) kitablarının müəllifidir. Miqren və fibromialgiya kimi xroniki ağrıların səbəbləri və həlləri ilə maraqlanır.

HAKKIMDA

1969-cu ildə İstanbulda anadan olmuşam. Uşaqlığım müharibədən əvvəlki Əfqanıstanda və İstanbulda keçib. Erenköy Qız Liseyindən məzun oldum. 1992-ci ildə tibbi təhsilimi, 1997-ci ildə isə neyrologiya ixtisası üzrə təhsilimi “İstanbul Tibb Fakültəsində” bitirdim. 19 il xüsusi xəstəxanalarda xəstələrimizin diaqnoz və müalicəsi ilə məşğul olduqdan sonra, 2017-ci ildə öz müayinəxanamı açdım. Miqren və fibromialgiya başda olmaqla bütün xroniki ağrılar və onların yaranma səbəblərinin bütünlükdə müalicə edirəm. Ağrılardan əlavə digər neyroloji xəstəliklərlə, xüsusilə qidalanmanın xəstəliyə təsirinə də diqqət edirəm. Klinika xaricində elektroneyrofiziologiya və neyromonitorizasiya da həyata keçirirəm.

Təxminən 10 ildir ki, yoga ilə məşğul oluram İlk öncə yalnız yoga ilə məşğul olsam da, getdikcə yoganın təsiri ilə daha dərindən maraqlanmağa və yoga haqqında yazılmış kitabları oxumağa başladım.Bir müddət sonra da dərslər və mütaliyə ilə kifayətlənməyib, yoganın tətbiqini dərinləşdirmək və xəstələrim üçün daha çox məlumat sahibi olmaq üçün 2017-ci ildə əsas yoga təlimi, bərpaedici yoga, ofis yogası və yoga müalicəsi təhsilimi, 2019-cu ilin yanvar ayında isə yin yoga təhsilimi bitirdim.Hələ də tədrisimi davam etdirirəm, daha çox biliklər əldə etməliyəm. Müəllimlərimdən və oxuduqlarımdan öyrəndiklərimi gündəlik həyatıma qatmaq məni xoşbəxt edir.

2014-cü ildə Dr David Perlmutterin “Taxıl Beyin” adlı kitabını oxuduqdan sonra, uzun illərdir əziyyət çəkdiyim artıq kilolarımın, dəridəki əlamətlərimin, allergiyam, bağırsaq və tendon problemlərimin gluten səbəbindən olabiləcəyini anladım, glutensiz qidalanmağa başladım. 2 həftə içərisində glutensiz qidalanmağın faydalarını görməyə başladım. Daha sonra oxuduğum kitab və məqalələri, mənə xroniki ağrı səbəbiylə müraciət edən xəstələrimə izah edərkən məndən oxuya biləcəkləri bir istinad istəməyə başladılar. Miqren və xroniki ağrılar ilə glutenin əlaqəsi haqqında yazılmış bir kitaba tələbin olduğunu hiss etdim və yazmağa qərar verdim. “Beynini doğru qidalandır” adlı kitabımın ilk nəşri 2017-ci ilin oktyabr ayında işıq üzü gördü. “Beynini doğru Qidalandır” adlı kitabımı əsasən migren haqqında yazdığım üçün, bir müddət sonra fibromialgiya barəsində məlumatların kifayət qədər olmadığını hiss etdim. Beləliklə, bu xəstəlik haqqında yazdığım “Artıq ağrımasın”adlı kitabı 2019-cu ilin may ayında kitab evlərinin rəflərində öz yerini aldı.

2015-ci ildə ilk dəfə tanış olduğum ailə ardıcıllığı işləri, elmi alt quruluşunu həll edə bilməsəm də diqqətimi çəkir. Əlbəttə hər şeyə çarə olan, bütün dərdlərin dəvası olan bir yanaşma olaraq görməsəm də, insanın keçmişi ilə əlaqədar daxili görünüm təmin etməsi səbəbiylə köməkçi bir vasitə olaraq görürəm. Göksel Karabayırın yanında təhsilimi tamamladım, 2018-ci ilin sentyabr ayında sertifikatımı aldım.

2010-ci ildə rəssam Ahmet Güllünün dəstəyi və təkidi ilə rəsm dərslərinə başladım. Bir ildən çox müddət içində qara qələm, sonra yağlı boya ilə rəsmlər çəkdim. 2011-ci ildə rəssam Vedat Örs ilə tanış oldum və onun dərslərinə qatıldım. Vedat müəllimimin yanında akril boyalar və suyla rəsm çəkməyi öyrənərək bugünkü tərzimin təməllərini qoydum. Bu günə qədər 8 fərdi sərgi açdım, 2018-ci ilin mart ayında Parisdə qarışıq sərgiyə qatıldım. 2014-cü ildən etibarən Lebriz.com-a üzvüyəm.

Həkimlik, yoga, yazıçılıq və rəsm işlərinin yanında piyada gəzmək və izləmə ilə məşğul olmağı çox sevirəm. Qızımla birlikdə 2013-ci ildə ilk dəfə getdiyimiz Qara dənizin dağları və yaylaları ən sevimli marşrutumuzdur. Hər il müxtəlif yaylalar və dağlar əlavə edərək repertuarımızı böyüdürük. 2018-ci ilin yazında Kaçkar zirvəsinə dırmandım, hava şərtləri səbəbiylə zirvəyə çata bilməsəm də bir xəyalımı daha reallaşdırdım.

Nevrologiya Mütəxəssisi

Nevrologiya, Elektronevrofizioloji və Nöromonitorlaşma Mütəxəssisi

Müəllif

"Beynini Doğru Besle" ve "Artık Ağrımasın" kitaplarının müəllifi

Ressam

İnkişaf etmək və yeniləməkdə davam edən peşəkar rəssam

Yoga Mütəxəssisi

Xəstəliklərin müalicəsində yoga istifadə və qatqısı üzrə ekspert
 
RANDEVU AL
Azerbaijan