Narahat ayaqlar sindromu, qıçlarda narahatlıq hissi xəstəliyi. Bu narahatlıq hissi, xəstələr tərəfindən qarışqalanma, qaşınma, əsmə, dərinin altında bir şeylərin gəzməsi, çəkilmə, səksənmək və ya yalnız narahatlıq olaraq izah edilə bilər. Bu hissləri müşayiət edən ümumi amil xəstələrin qıçlarının dözülməz ağrısıdır və qıçlarını hərəkət etdirmə istəyidir. Şikayətlər, xəstə istirahət edəndə, oturanda və ya yatarkən meydana gəlir. Bundan əlavə, masanın arxasında uzun müddətli oturma, uzun müddətli maşın və təyyarə səfərləri zamanı baş verə bilər. Şikayətlər xüsusilə axşam saatlarından etibarən başlayaraq gecə ən yüksək səviyyəyə çatır. Narahat qıç sindromu, xəstənin yuxusunu kəsir və xəstənin keyfiyyətli və rahat bir yuxu yatmasına mane olur. Bu da yuxu problemlərinə ertəsi günkü gündəlik fəaliyyət zamanı fokuslanmada, konsentrasiya olunma çətinliklərinə səbəb olur. Uzun müddətlik yuxusuzluq və keyfiyyətsiz yuxuya və depressiyaya səbəb olur. Narahat qıçlar sindromunun beyində dopamin ilə əlaqəli bir problemlə əlaqəli olaraq ortaya çıxdığı düşünülməkdədir, tam səbəbi bilinmir.
Bəzi hallarda xəstəliklər və dərmanlar şikayətləri artıra bilər.
Hamiləlik
Aşağı dəmir və ferritin səviyyələri, dəmir çatışmamazlığı anemiyası
Vitamin B12 və folik turşusu çatışmazlığı
Aşağı kalsium, fosfor və vitamin D səviyyələri
Qan şəkəri yüksəkliyi
Sidik cövhəri yüksəkliyi
Yaşlılıq
Böyrək çatmazlığı
Artıq kilo, obezite
Ürək-damar xəstəlikləri
Polineyropatiya
Diabet
Varikoz
Parkinson xəstəliyi
Depressiya
Bağırsaq xəstəlikləri
Disbiyozis
Avtoimmun xəstəliklər
Stres
Hərəkətsizlik
Növbəli iş
Siqaret çəkmə
Alkoqol
Kofein və qəhvə istehlakı
Dərmanlar:
Köhnə növ antihistaminlər
Ürək bulanma dərmanları
Antipsikotik dərmanlar
Serotonin geri qaytarılma inhibitorları (SSRI)
Aşırı şəkər istehlakı
Həddindən artıq dar geyimlər geyinmək
Nə etməliyəm?
Bir nevrologiya mütəxəssisinə müayinə olun, analizlərinizi verin.
Dəmir əskikliyi müəyyən olunsa daxili xəstəliklər mütəxəssisinə müayinə olunun. Ferritin səviyyəsi çox aşağı olduqda, serumla dəmir verilə bilər.
Yuxu gigiyenasına diqqət edin:
Hər gün eyni saatda yatıb eyni saatda qalxmağa çalışın
Sərin, səssiz və qaranlıq bir yerdə yatmağa çalışın
Otağınızda televiziya və telefon mümkünsə olmasın
Telefonunuz təyyarə rejimində olsun
Yatmaqdan 2 saat əvvəl televizor və kompüter ekranına baxmağı kəsin. Televiziyadan və ekrandan əks olunan mavi işıq sizin sirkadiyalı ritminizi pozar, melatonin ifraz olunmasına mane olaraq həm yuxu keyfiyyətini pozar, həm də narahat qıç sindromu tapıntılarını artırır.
Məşqə başlayın: Məşqə başlayan narahat ayaqlar sindromu olan xəstələrin əlamətlərində azalma görülmüşdür, məşq həm dopamin, həm də serotonini, bilvasitə yoldan da melatonini artırır.
Yogaya başlayın: İşlərdə nizamlı yoga edən xəstələrin narahat qıç əlamətlərinin diqqətə çarpan şəkildə geriləməsi müşahidə edilmişdir. Yoga həm serotonin səviyyəsi, həm BDNF səviyyələrini artırır, həm də yuxu keyfiyyətini artırır.
Dəmir baxımından zəngin olan yeməklər istehlak edin:
Qırmızı ət
İçalat
İspanaq
Yaşıl yarpaqlı tərəvəzlər (göyərtilər)
Quru meyvələr
Toyuq
Balıq
Serotonin və triptofan baxımından zəngin qidaları yeyin:
Balıq
Yumurta
Banan
Qırmızı və ağ ət
Pendir
Çərəz
Soya məhsulları (GDO’lar olduğunu nəzərə alsaq)
Tərkibi probiotiklə zəngin qidaları istehlak edin
Qatıq, kefir
Kombuça
Mayalanmış turşu
Pendir
Miso
Alkoqol və kofein istehlakını azaldır, siqaret çəkməyin
Masaj yaptırın
Yatmaqdan əvvəl ilıq / isti duş alın