Parlaq günəş və günəş işıqlarına vaxt ayırın:
Mövsümi olmayan yüngül-orta səviyyədə depressiyası olan xəstələrində gün işığına və günəşə məruz qaldıqları zaman artanda, depressiya əlamətlərindən diqqətə çarpan səviyyədə düzəlmə görülür.
Gün işığı serotonin ilə birlikdə, dopamin və D vitaminlərinin səviyyələrini də artırır.
Hərəkət edin:
Nizamlı məşq edən insanların depressiya görülmə nisbətləri aşağıdır, depressiya diaqnozu qoyulan xəstələrdə isə məşqə başlamaq, xüsusilə yüngül səviyyədəki depressiyalarda dərmana yaxın fəaliyyət göstərir. Nizamlı məşq etmək və hərəkət etmək də, həm serotonin həm də dopamin səviyyələrini artırır.
Açıq havada məşq edin:
Bu vəziyyətdə sizə maksimum səviyyədə fəaliyyət təmin edər.
Yoga, düşüncə və tənəffüs təlimləri edin:
Xüsusilə müntəzəm olaraq həyata keçirildikdə, cisim serotonin səviyyələrini əhəmiyyətli dərəcədə artırır.
Rəqs edin:
Rəqs etmənin yaxşılaşdırıcı təsirinin bir hissəsi də serotonin və dopamin səviyyəsinin artırmasından gəlir.
Sosialləşin:
Serotonin səviyyələrinizi artırmaq üçün dostlarınızla vaxt keçirin, danışın, çay-qəhvə içərkən dərdləşin.
Qidalarlan daha çox triptofan alın (serotonin, beyində triptofandan əldə edilir):
Balqabaq və tum, küncüt, çiya, çərəz, soya paxlası və məhsulları, pendir, qırmızı ət, ağ ət, balıq, qabıqlı dəniz məhsulları, yulaf, paxlalı məsullar (xüsusilə noxud) və yumurta yeyin.
Masaj etdirin:
Əzələləri rahatlaşdırarkən eyni zamanda da beyindəki serotonin səviyyəsini artırır.