Beyin dumanlanması bir çox idrak və əlamətlərin bir çətir altında yığan bir termindir.
– Unutqanlıq
– Televiziya seyr edərkən yorulmaq
– Maşın sürmədə və ya kompüter istifadə etmədə bacarıq itkisi
– Maşın sürərkən yolu itirmə, yol işarələrini qaçırma, yolu xatırlamamaq
– İctimai nəqliyyatda duraqları qaçırma
– İctimai nəqliyyatda səhv minik vasitələrinə minmək
– Uzun müddətli istirahət ehtiyacı
– Qəzet və kitab oxuyanda düşüncələrə qapılmaq, konsentrasiya itkisi
– Marketdən alınması lazım olanları unutma
– Marketdə gözünün önündəkini görməmə
– Zəng etmək üçün lazım olan insanları unutma
– Məsuliyyətləri unutma
– Stressə dözə bilməmək
– Stress qarşısında asanlıqla küsmə və ağlama
– Asan hirslənmə
– Reaksiyaları idarə edə bilməmə
– Kiçicik şeylərə asan əsəbiləşmə
– Eyni zamanda iki iş edə bilməmə
Bu şikayətlərin bir neçə dənəsi və ya hamısı bir arada ola bilər.
Bu əlamətlərlə əsasən yorğunluq və yuxu problemləri də yoldaşlıq edir. İstirahət yorğunluğa kömək etməz, səhərlər yuxudan yorğun uyanılır, məşq və fiziki fəaliyyətlər yorğunluğu artırır. Yuxuya gedə bilməmək, gecə yuxudan oyanma, səhərlər yorğun oyanma, yuxunun yetməməsi, gün içində mürgüləmə görülə bilər.
Bu şikayətləriniz varsa ağla gələn xəstəliklər:
– Fibromialgiya
– Xroniki yorğunluq sindromu
– Vitamin D, vitamin B12, folik turşusu, dəmir və biotin çatışmazlığı
– Non çölyak gluten həssasiyəti
– Depressiya (əsasən narahatlıqla birlikdə müşayiət olunur)
– Adrenal çatışmazlıq
– Hipotireoz (əsasən Haşimoto tiroiditi səbəbindən)
– Tükənmə sindromu
– Xəstə bina sindromu
– Histaminin entoleransı
Yol xəritəsi:
– Beyin dumanı, yorğunluq və yuxu problemi olan xəstələrin əvvəl bir daxili xəstəlikləri mütəxəssisinə gedərək təhlil etdirməsini məsləhət görürəm. – Çatışmamazlıqlar yerinə qoyulduqdan sonra şikayətləriniz davam edirsə və ya bərabərində baş ağrısı və miqreniniz varsa bir nevrologiya mütəxəssisinə müraciət edin.
– Hər gün ən az yarım saat, mümkünsə açıq havada gəzin. Yarım saat gəzmək çətin olursa, asan yoruluyorsanız, 5-10 dəqiqəlik aralıqda yeriyin
– Rəfinə karbohidrat və şəkər istehlakınızı azaldın, mümkünsə tamamən kəsin
– Bol bol omeqa 3 zəngin qidaları yeyin (balıq, zeytun yağı, qoz, avokado)
– Bol miqdarda tərəvəz və meyvə yeyin
– Gluten istehlak etməyin
– Bağırsağınıza yaxşı baxın
– Yogaya başlayın
– Meditasiya edin
– Lazım olsa professional psixoloji / psixiatrik dəstək alın
– Televiziya, ekran, planşet, telefon başında keçirdiyiniz zamanı azaldın.
– Alkoqol istehlakını azaldın, siqaret çəkməyin.