Bağırsaqlarımızın içində yaşayan mikroskopik canlıların hamısına mikrobiom deyilir. Bunlar min illərdir insanlara yoldaşlıq edən bakteriya, virus, göbələk və arkealardır.
Bu canlılar, xüsusilə bakteriyalar gidalarımızın içərisindəki həzm edilməmiş lifləri həzm edir, serotonin, dopamin, B və K vitaminlərini sintez edər, dərman və toksinlərin azaldmasını və atılmasını təmin edər, anadan gəlmə və əldə edilən immunitet sistemlərini tənzimləyir, zərərli patogen bakteriyaları təsirsiz hala gətirir, xroniki inflamasiyayı, autoimmun xəstəliklər və allergiyaları nəzarət altında saxlayır.
Günümüzdə təbiətdən və torpaqdan uzaqlaşmamız, həddindən artıq gigiyenik vərdişlərimiz və sıx antibiotik istifadəsi nəticəsində bağırsaklarımızdaki bakteriyaların tarazlığı patogen xüsusiyyətdəki bakteriyaların lehinə pozulmuşdur.
Bağırsaq bakteriyalarının tarazlığını düzəltmək üçün, bol lifli qidalar istehlak etmək, şəkər və rəfinə karbonhidratdan uzaq dayanmaq, probiotik məzmunu yüksək qidaları istehlak etmək, təbiətlə və torpaqla yaxın təmasda olmaq və antibiotik istifadəsini məhdudlaşdırmaq lazımdır.
Artmış bağırsaq keçimliliyinə səbəb olan hər şey bakteriyaların tarazlığını da pozar.
Astma, allergiyalar, qida həssaslıqları, II tip diabet, çəki problemləri, irritabl bağırsaq sindromu, xroniki ağrı sindromları, miqren, fibromialgiya, diqqət problemləri, konsentrasiya pozuqluqları, depressiya, yuxusuzluq, autizm spektri xəstəlikləri və Parkinson xəstəliyi, disbioz ilə əlaqələndirilən xəstəliklərin yalnız kiçik bir bölməsidir.
Bol tərəvəz və meyvə istehlak etmək, rafinə karbohidratlar və şəkərdən uzaq dayanmaq, alkogol istehlakını azaldmağın yanında probiotik və prebiyotik möhkəmlətməsi istifadə etmək vacibdir.