Histamin orqanizmdə bir çox funksiyaya malik biogenik amindir. Bir çox qidanın tərkibində mövcuddur, həmçinin bağırsaqdakı bakteriyalar tərəfindən histidindən də sintez olunur. Sinir sisteminin öz daxilindəki qarşılıqlı əlaqədə, həzm sistemində və immunitet sistemində bir çox funksiyası vardır. Histamin eyni zamanda bir çox allergik reaksiyalarda əsas rola malikdir. Allergik simptomlardan əlavə, ağrı yollarını həssaslaşdıraraq və iltihabı artıraraq xroniki ağırıların meydana gəlməsinə və ya stimullaşdırılmasına səbəb olur. Miqren ağrılarının ortaya çıxmasında, keçib getməməsində və fibromialgiya ağrılarının şiddətlənməsində əhəmiyyətli rola malikdir. Tərkibində zülal olan qidaların daxilində bakterial fermentasiya vasitəsilə yaranır; yarandıqdan sonra isə həmin qidaları qaynatmaq, yumaq, bişirmək və s. üsulların heç biri vasitəsilə onu uzaqlaşdırmaq mümkün olmur. Bir qida nə qədər çox saxlanıbsa, həmin qidada o qədər çox əmələ gəlir. Xüsusilə, bağırsaqları təmizlənməmiş balıqların daxilində sürətli şəkildə sistez olunur. Histamin bir çox qida vasitəsilə orqanizmə daxil olduqdan sonra diamin-oksidaz (DAO) ve histamin N-metiltranferaz (HNMT) tərəfindən məhv edilərək səviyyəsi azaldılır. Lakin siz histaminlə zəngin qidalar qəbul etmisinizsə, histamini məhv etmək üçün kifayət qədər DAO fermentinə malik deyilsinizsə, qandakı histamin balansı pozulur və histamin intoleransı simptomları ortaya çıxır.
DAO çatışmazlığı olan xəstələrdə miqren, fibromialgiya, atopiya, ekzema, dəridə qabıqlanma, xroniki yorğunluq sindromu müşahidə edilə bilər.
Histamin intoleransı simptomları yemək qəbulundan sonra iki saat içində başlayır, 24 saat tamam olmadan keçib gedir.
Alkoqol qəbul etdikdən sonra ertəsi gün ortaya çıxan axşamdan qalma simptomların əsas səbəblərindən biri histaminin normadan yüksək olmasıdır.
Cəmiyyətin 1% də rast gəlinir. Xəstələrin əksəriyyəti orta yaşlı qadınlardır.
Histamin intoleransı nəticəsində ortaya çıxan simptomlar allergik bir reaksiya deyil, lakin onlar ekiz kimi birbirlərinə bənzəyirlər. Bu səbəbdən, hansısa bir qida maddəsinin sizə pis təsir edib simptomlar əmələ gətirməsinə baxmayaraq, allergiya testləriniz təmiz çıxa bilər.
DAO fermentinin səviyyəsi az olan şəxslərdə histamin intoleransı müşahidə edilir.
DAO fermenti bağırsaqlarda nazik bağırsağın selikli qişasının hüceyrələri tərəfindən hazırlanır. Bu səbəbdən, bağırsaqlara, xüsusilə, bağırsaq divarlarına təsir göstərən bütün hallar və xəstəliklər DAO fermentinin sintez edilməsinə təsir göstərir və histamin intoleransı üçün zəmin hazırlayır.
Genetik meyllilik: Bəzi xəstələrdə anadangəlmə olaraq daha az DAO sintez olunur
Estrogen səviyyəsində tərəddüdlər
Hamiləliyin qarşısını alan tabletlərdən istifadə
Sink çatışmazlığı
Mis çatışmazlığı
B6 vitamini çatışmazlığı
Bağırsaqların keçiriciliyinin artması
Disbioz
Nazik bağırsaqda normadan artıq bakteriya törəməsi (SIBO)
İltihabi bağırsaq xəstəlikləri (Crohn, xora koliti)
Çölyak xəstəliyi
Qeyri-çölyak qlüten həssaslığı
Qanda histamin səviyyəsini yüksəldən bütün hallar histamin intoleransı simptomlarını artırır.
Stres
Xroniki iltihab
I və IV tip allergiyalar
Menstruasiya
Menopauza
İnfeksiyalar
NSAID, aspirin, H2 reseptor bloklayıcısı, amitriptilin, SSRI və ya metoxlorpramid istifadəsi
Döl yüksək miqdarda DAO istehsal etdiyi üçün histamin intoleransı olan qadınlar hamilə olan zaman rahatlaşırlar.
Histamin intoleransının simptomları:
Qaşıntı (dəri, göz, qulaq, burun, ağız, dil, boğaz)
Qabıqlanma
Səpki
Ekzema
Gözlərdə sulanma, axıntı
Burun və burun boşluğu axıntısı
Burun tutulması
Asqırma
Üzdə qızartı
Üzdə şişkinlik
Boğazda şişkinlik
Ürəkbulanma
Qusma
İshal
Qaz, şişkinlik
Qarın ağrısı
Təzyiqin aşağı olması
Nəfəs daralması
Öskürək
Başgicəllənmə, ürəkgetmə hissi
Baş ağrısı
Miqren
Ümumi əzələ ağrısı
Oynaq ağrısı
Ayaqda/ayaq topuqlarında şişmə
Kəskin menstruasiya ağrısı
Yorğunluq
Halsızlıq
Taqətsizlik
Yuxusuzluq
DAO fermenti səviyyəsinin aşağı olmasından əlavə, histamin intoleransına histaminlə zəngin qidalar qəbul etmək və DAO fermentinin qarşısının alınması səbəb ola bilər.
Histaminlə zəngin qidalar:
Tərkibində zülal olan bütün saxlanmış qidalar
Fermentasiya olunmuş süd məhsulları: Qatıq, pendir, kefir
Fermentasiya olunmuş turşular
Kombuça
Emal prosesindən keçmiş ət məmulatları (kolbasa, sosis)
Turş maya və turş mayalı məmulatlar
Fermentasiya olunmuş soya məhsulları (miso, soya sousu)
Fermentasiya olunmuş alkoqollu içkilər (şərab, pivə, şampan)
Buza
Konservləşdirilmiş qidalar
Sirkə və sirkəli məmulatlar
Ketçap
Bəzi tərəvəzlər: pomidor, badımcan, ispanaq, avokado, balqabaq
Qurudulmuş meyvələr
Paxlakimilər, yer fıstığı
Zeytun
Uzun müddət qaynadılmış sümük suyu
Kakao, şokolad
Tərkibində histamin çox olan və histamin ifrazına səbəb olan qidalar:
Saxlanılmış balıq məhsulları (konservləşdirilmiş, duza qoyulmuş, marinad, paketlənmiş), təmizlənmədən saxlanmış balıq məhsulları
Qabıqlı dəniz məhsulları
Pomidor
Bəzi meyvələr: Gilas, gavalı, şaftalı, üzüm, ananas, çiyələk, moruq
Tərkibində histamin az olan, lakin histamin ifrazına səbəb olan qidalar:
İnək südü
Buğda rüşeymi
Bəzi meyvələr: Banan, sitrus meyvələri
Çərəzlər
Ədviyatlar ( Darçın, mixək, cirə, köri, muskat qozu, acı bibər, biyan kökü)
Paxlalılar
Yumurtanın ağı (xüsusilə, az bişmişdirsə)
Qida əlavələri və qoruyucular ( benzoat, sorbat, sulfit, nitrit, glutamat, salisilat), həmçinin boyalar (tartrazin)
DAO fermentinə mane olan qidalar və dərmanlar:
Çaylar (qara, yaşıl, ağ)
Kola
Paraqvay çayı
Enerji içkiləri
Klavulan turşu, simetidin, verapamil
Tərkibində histamin çox olan, histamin ifrazına səbəb olan və DAO fermentinə mane olan qidalar:
Alkoqollu məhsullar (şərab, pivə, şampan)
Bu qidaların sizə pis təsir göstərib-göstərmədiyini anlamanın ən yaxşı üsulu qida gündəliyi tutmaqdır. Hər gün həm şikayətlərinizi, həm də yediklərinizin və içdiklərinizin hamısını qeyd etmək; onlar arasında bir əlaqə olub-olmadığını anlamaq üçün araşdırma aparmaq.
Miqren və fibromialgiya ağrılarınızın ən kəskin olduğu zamanlarda isə tərkibində histamin az olan qidalarla və DAO fermentini artıracaq qaydada qidalanmaq vacibdir.
Tərkibində histamin az olan qidalar:
Təzə ətlər və gündəlik tutulan balıqlar
Meyvələr (ananas, banan, sitrus meyvələri, çiyələk istisna olmaqla)
Yumurta sarısı
Düyü
Tərəvəzlər (pomidor, badımcan, ispanaq, avokado istisna olmaqla)
Zeytun yağı
Keçi südü
DAO fermentini artırmaq üçün:
Omega 3 və 9 doymamış yağlarından istifadə edin (Zeytun yağı, təzə balıq)
Tərkibində Omega 6 çox olan qanadlı heyvan ətindən və emal prosesindən keçmiş toxum yağlarından istifadə etməyin
Keyfiyyətli heyvan mənşəli zülal qəbul edin (yumurta sarısı, otla bəslənmiş heyvanların əti, təzə balıq)
Tərkibində qatqı maddəsi olan qida qəbul etməyin, qidaları təbii halda qəbul etməyə çalışın.
Uzun müddət qaynadılmamış sümük suyundan istifadə edin
Sink, mis və B6 vitamini ilə zəngin qidalar qəbul edin (Təzə balıq, otla bəslənmiş heyvanların qırmızı əti, göyərti, kök tərəvəzlər)
Bağırsaqların sağlamlığına diqqət edin (glütensiz qidalarla qidalanın, probiyotik zənginləşdiricidən istifadə edin)
(probiyotik zənginləşdiricinin tərkibində Lactobacillus Casei və L. Bulgaricus olmamalı (simptomları artırır), Bifidobacterium, L Rhamnosus və L. Reuteri olmalıdır).
DAO zənginləşdiricisi: Qida zənginləşdiricisi olarak satılan DAO fermenti bağırsaqlardan əmilmir, yerli təsirə malikdir. Yeməkdən yarım saat əvvəl qəbul edilərsə, təsirli olur, histamin səviyyəsini aşağı salır.
Hətta ən sağlam insanlar belə, tərkibində histamin çox olan qidaları çox qəbul etsələr, buna paralel olaraq, çoxlu çay və ya alkoqol içsələr, onlarda histamin intoleransı simptomları müşahidə edilə bilər. Qadınlarda menstruasiya zamanı, bütün insanlarda isə stres yaşayan zaman histamin intoleransı azalır.
Histaminin normal səviyyəsi 0,3-1,0 ng/mL, DAO fermentinin normal səviyyəsi isə 3 U/ml-dən artıq, mümkünsə, 10 u/ml-dən çox olmalıdır.